FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında növbəti təyinat alıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev qrup mərhələsində III turun Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.