BAKI, 15 iyun. TELEQRAF

FIFA Klublararası Dünya Çempionatı start görürüb.

Teleqraf xəbər verir ki, açılış matçında Misirin “Əl-Əhli” və Amerikanın “İnter Mayami” komandaları qarşılaşıb.

Mayamidə “Hard Rock Stadium”da keçirilən matçda qolsuz bərabərlik qeydə alınıb – 0:0.

Matçın 43-cü dəqiqəsində Misir komandasının yarımmüdafiəçisi Trezeqe 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. “Əl-Əhli”nin yarımmüdafiəçisi Emam Aşur zədə səbəbindən matçı 14-cü dəqiqədə erkən tərk edib.

"İnter Mayami"nin ulduz futbolçuları Lionel Messi, Luis Suares və Serxio Buskets 90 dəqiqə meydanda olublar. Müdafiəçi Xordi Alba matçda iştirak etməyib. Suares oyunda sarı vərəqə alıb.