BAKI. 1 iyun. TELEQRAF

PSJ klubunun UEFA Çempionlar Liqasının qalibi olmasından sonra Fransadakı çaxnaşmalarda iki nəfər ölüb.

Teleqraf TF1-ə istinadən xəbər verir ki, dünyasını dəyişənlərdən biri skuterlə hərəkət edən 20 yaşlı qız olub.

Paris komandasının fanatları Parisin cənub-qərbindəki küçələrdən birində avtomobillə öldürüblər.

17 yaşlı oğlan isə Daks kommunasındakı fan-zonada naməlum şəxslərin bıçaq zərbələri ilə qətlə yetirilib.

Çaxnaşmalarda ümumilikdə 192 nəfər xəsarət alıb. Ölkə üzrə 426 nəfər saxlanılıb. Onlardan 417-si Parisdə göz altına alınıb.

Qeyd edək ki, PSJ finalda İtaliya "İnter"ini 5:0 hesabı ilə darmadağın edərək, tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb.