BAKI, 26 may. TELEQRAF
Futbol üzrə Danimarka Super Liqasının qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu, “Kopenhagen” klubudur.
“Şirlər” liqanın pley-off mərhələsində “Norşellann”ı 3:0 hesabı ilə məğlub edərək titula sahiblənib. Yakop Neyestrupun rəhbərlik etdiyi kollektivin 83, ikinci pillədə qərarlaşan “Midtüllann”ın isə 82 xalı var.
Paytaxt təmsilçisi tarixində 16-cı dəfə ölkə çempionu olub.
Qeyd edək ki, “Kopenhagen” sonuncu dəfə 2022/23 mövsümündə Super Liqanı birinci bitirib.