BAKI, 25 may. TELEQRAF

Futbol üzrə Macarıstan çempionatının qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, “Ferentsvaroş” klubudur.

Robi Kinnin rəhbərlik etditi kollektiv mayın 24-də səfərdə “Dyor”u 2:1 hesabı ilə məğlub edərək çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

Bu, Budapeşt təmsilçisinin tarixində 36-cı ölkə çempionluğudur.

Qeyd edək ki, “Ferentsvaroş”da qışda “Qarabağ”dan transfer olunmuş Julio Romao da çıxış edir. O, zədə səbəbindən son üç matçda forma geyinməyib.