BAKI, 23 may. TELEQRAF
UEFA İngiltərənin "Tottenhem" klubundan üzr istəyib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin UEFA Avropa Liqasının mükafatlandırma mərasimində medalların sayının düzgün olmamasıdır.
"Tottenhem"in kapitanı Son Hın-Min və daha iki futbolçuya qızıl medal təqdim olunmayıb. Koreyalı hücumçu boynunda medal olmadan kuboku başı üzərinə qaldırıb.
"Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluğa görə səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə komandadan üzr istədik", - deyə UEFA-nın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i məğlub edib - 1:0.