QƏBƏLƏ, 15 may. TELEQRAF

Futbol üzrə Azərbaycan I Liqasının 2024/25 mövsümünün qalibi olan "Qəbələ" komandası mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, Qəbələ təmsilçisinə qızıl medallar və kubok XXVI turda evdə "Zaqatala"nı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təqdim olunub.

Qəbələ şəhər stadionunda keçirilən tədbirdə əvvəlcə futbolçular, məşqçilər və klub rəsmilərinə medallar verilib. Daha sonra isə I Liqanın qalibi kuboku başı üzərinə qaldırıb.

Mükafatlar PFL-in texniki-idman direktoru Elgiz Abbasov və AFFA baş katibinin müavini Kamran Vəliyev tərəfindən təqdim olunub.