BAKI, 29 avqust. TELEQRAF
Ermənistan parlamentinin deputatı Narek Karapetyan və "Güclü Ermənistan" partiyasının icraçı sədri Aleksan Aleksanyanın cinayət işi üzrə istintaq başa çatıb və materiallar Korrupsiya Əleyhinə Məhkəməyə göndərilib.
Teleqraf "NEWS.am" saytına istinadla xəbər verir ki, ittihama əsasən, hər iki şəxs "Taşir Capital" qapalı səhmdar cəmiyyətinin baş direktoru ilə birlikdə gizli cinayətkar şəbəkə yaradaraq 7 iyun 2026-cı ildə keçirilən parlament seçkilərinin nəticələrinə qanunsuz yollarla təsir göstərməyə cəhd ediblər. Məlum olub ki, onlar qurduqları saxta ictimai təşkilat vasitəsilə "Taşir" xeyriyyə fondu və digər holdinqlərdən ötürülən külli miqdarda qanunsuz maliyyə vəsaitini seçiciləri pulla ələ almağa xərcləyiblər.
Hazırda partiya rəhbəri A.Aleksanyan həbsdə saxlanılır. Deputat N.Karapetyan barəsində isə ölkədən çıxış qadağası və rekord həddə – 1 milyard dram (təxminən 2,5 milyon dollar) məbləğində girov qətimkan tədbiri tətbiq edilib. Müttəhimlər dövlətə xüsusilə böyük ölçüdə ziyan vurmaqda və irimiqyaslı çirkli pulların yuyulmasında ittiham olunurlar.