BAKI, 29 avqust. TELEQRAF

Nepalda dəhşətli daşqının vurduğu ziyanın ilkin məbləği 4 milyard dolları ötüb.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, Nepalın maliyyə naziri Svarnim Vaqle ölkədə baş verən dağıdıcı sürüşmə və daşqınların vurduğu ilkin ziyanın məbləğini açıqlayıb.

Nazir bildirib ki, fəsadların tam aradan qaldırılması və infrastrukturun bərpası üçün ölkəyə minimum 4-5 milyard ABŞ dolları həcmində vəsait lazımdır. O, vurğulayıb ki, itkilərin qiymətləndirilməsi davam etdiyi üçün bu, hələ yekun rəqəm deyil.

Xatırladaq ki, avqustun 25-də Lanqtanq-Lirunq dağında buzlağın qəfil uçması nəticəsində yaranan nəhəng sellər Nepalın 6 regionunu və Çinin Tibet muxtar bölgəsini viran qoyub. Son rəsmi məlumatlara görə, fəlakət nəticəsində 600-dən çox insan həlak olub, 2500-ə yaxın sakin isə hələ də itkin düşmüş hesab olunur.