BAKI, 8 iyul. TELEQRAF
NATO-nun növbəti sammitinin Albaniyada keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rutte Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin yekununda məlumat verib.
Baş katib bildirib ki, tədbirin məkanı ilə bağlı razılıq əldə olunsa da, sammitin dəqiq tarixi hələ müəyyən edilməyib.