BAKI, 8 iyul. TELEQRAF

NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan sammitinin baş tutması ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, buna əsas səbəb kimi Albaniyanın alyans daxilində ən aşağı müdafiə xərclərinə malik ölkələrdən biri olması və ABŞ rəhbərliyi ilə bu cür irimiqyaslı tədbirlərin təşkilində yarana biləcək çətinliklər göstərilir.