BAKI, 23 may. TELEQRAF

Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupuna yeni sədr təyin olunub.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, bu vəzifəyə Özgür Özel gətirilib.

Bununla bağlı qərar partiyanın mərkəzi qərargahında baş tutan qrup iclasındakı səsvermə zamanı qəbul edilib.

Xatırladaq ki, bir müddət əvvəl Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində baş tutan 38-ci növbəti qurultayının yekunlarını ləğv edib. Həmin vaxt partiyanın ümumi sədri seçilən Özgür Özel məhkəmə qərarı ilə rəhbərlikdən uzaqlaşdırılıb.

Məhkəmə prosesinin son qərarına qədər isə CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq partiya sədri vəzifəsinə geri dönüb.