BAKI, 16 may. TELEQRAF

İsrail ordusu Livan ərazisində fəaliyyət göstərən "Hizbullah" hədəflərinə qarşı yeni hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Israel Defense Forces"-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumlar "Hizbullah"-a məxsus cənubi Livan bölgəsində yerləşən bir sıra infrastruktur obyektlərini hədəf alıb.

Məlumata görə, əməliyyatların məqsədi təşkilatın bölgədəki hərbi imkanlarını zəiflətməkdir. Zərbələrin nəticələri ilə bağlı əlavə detallar açıqlanmayıb.