BAKI, 8 mart. TELEQRAF

Küveytdə yanğın baş verən sosial təminat xidmətinin göydələn binasında ABŞ-yə məxsus komanda mərkəzinin yerləşdiyi iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Bnews" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ hərbçiləri Əli əl-Səlim bazasında əsas obyektlərin itirilməsindən sonra komanda və nəzarət əməliyyatlarını Küveytdə yerləşən sosial təminat xidmətinin binasına köçürüblər.

Bildirilir ki, həmin binaya İranın kamikadze pilotsuz uçuş aparatları zərbə endirib və bundan sonra göydələndə yanğın baş verib.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

***

07:39

Küveyt paytaxtında sosial təminat xidmətinə məxsus göydələn binasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Məlumata görə, Əl-Küveyt şəhərində yerləşən Sosial Təminat Qülləsi zərbədən sonra alovlanıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.