BAKI, 14 fevral. TELEQRAF

Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio Suriyanın xarici işlər naziri Əsəd Şibani ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri və Prezident Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak sosial media hesabında paylaşım edib.

"Bir şəkil min sözə dəyər — yeni bir başlanğıc", - diplomat qeyd edib.