BAKI, 23 noyabr. TELEQRAF
Nigeriyanın qərbində yerləşən kilsədə terrorçular tərəfindən girov götürülmüş 38 inanclı şəxs azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə prezidenti Bola Tinubu məlumat verib.
Tinubu bildirib ki, təhlükəsizlik xidmətlərinin işini koordinasiya etmək üçün Cənubi Afrikada keçiriləcək G20 sammitinə səfərini ləğv edib.
“Xalqımız və təhlükəsizlik xidmətinin səyləri nəticəsində girov götürülmüş 38 kilsə üzvü xilas edildi. Ölkə üzrə təhlükəsizlik sahəsində vəziyyəti yaxından izləyirəm və cinayətkarlığa qarşı mübarizə barədə intensiv məlumat alıram. Mən geri çəkilməyəcəyəm. Hər bir nigeriyalı təhlükəsizlik hüququna malikdir, biz ölkədə nizamı bərpa edəcəyik və xalqımızı qoruyacağıq”, - prezident qeyd edib.
Hücum noyabrın 18-dən 19-na keçən gecə baş verib, terrorçular kilsə üzvlərinə atəş açıblar, nəticədə beş insan həlak olub, 38-i isə girov götürülüb.