BAKI, 3 noyabr. TELEQRAF

İran və ABŞ arasında əməkdaşlıq, Vaşinqton İsraili dəstəklədiyi və Yaxın Şərqin işlərinə müdaxiləni davam etdirdiyi müddətdə mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei tələbələrlə görüşü zamanı deyib.

Xamenei bildirib ki, ABŞ-nin İsrailə dəstəyi, regionda hərbi bazalarının mövcudluğu və Yaxın Şərqdə siyasətə müdaxiləsi İranla münasibətlərin normallaşmasına mane olur:

"İran və ABŞ arasındakı fikir ayrılıqları yalnız Amerikaya ölüm şüarı ilə bağlı deyil. Bu, iki qarşı duran siyasi xəttin və maraqların əsaslı toqquşmasıdır".

O əlavə edib ki, bu ziddiyyətlərin yaxın zamanda aradan qalxacağını düşünmək sadəlövhlükdür.