BAKI, 13 oktyabr. TELEQRAF

Moskva Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 19-cu sanksiyalar paketinə cavab vermək hüququnu özündə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nın Moskvaya qarşı qəbul etdiyi 19-cu sanksiyalar paketini şərh edərkən bildirib.

Qeyd edək ki, bu gün Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmi qaydada təsdiqləyib.

Aİ 19-cu sanksiya paketi çərçivəsində Rusiya diplomatlarının birlik daxilində hərəkətini məhdudlaşdıracaq.

Rusiya neftini xarici bayraqlar altında daşıyan 100-dən çox tankerə məhdudiyyətlər tətbiq edilib.