BAKI, 21 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 20-də Lüksemburqda yunanıstanlı həmkarı Yorqo Qerapetritislə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də mövcud mexanizmlər vasitəsilə Ermənistanın dayanıqlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Tərəflər regional inkişaf, Cənubi Qafqazda sülh şəraitində qarşılıqlı əlaqələrin artırılması istiqamətində layihələr və Ermənistanda Tramp yolu layihəsinin (və ya Zəngəzur dəhlizinin - red.) həyata keçirilməsi məsələsinə də toxunublar.