BAKI, 20 oktyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) Şurası 2026-cı il yanvarın 1-dən Rusiyadan qazın Aİ vasitəsilə digər ölkələrə tranzitinə qadağa tətbiq edilməsi qərarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilib

Həmçinin, Aİ Şurası 2028-ci il yanvarın 1-dən Rusiyadan qaz alınmasına qadağa qoyulmasını nəzərdə tutan Avropa Komissiyasının təklifini də təsdiqləyib.

Qərarın qüvvəyə minməsi üçün sənədin Avropa Parlamentində də təsdiqlənməsi tələb olunur.