BAKI, 16 oktyabr. TELEQRAF
General-polkovnik Aleksandr Fomin Rusiya Müdafiə nazirinin müavini vəzifəsindən istefa verməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Qeyd edək ki, Aleksandr Fomin bu vəzifəni 2017-ci ildən icra edir. O, 2022-ci ildə Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü olub və 2025-ci ildə yenidən həmin heyətə daxil edilib.
Müdafiə Nazirliyində o, beynəlxalq hərbi-texniki əməkdaşlıq məsələlərinə cavabdeh idi.