BAKI, 16 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukraynaya indiyədək 180 milyard avro məbləğində hərbi yardım göstərib və bu fonda Avropanın Rusiya ilə müharibəyə birbaşa cəlb olunma riski heç vaxt olmadığı qədər artıb.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş nazir Viktor Orban Budapeştdə xaricdə yaşayan macar icmalarının nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Aİ yaxın zamanda Ukraynaya əlavə 40 milyard avroluq yardım paketi ayırmağı da planlaşdırır.
"Avropa liderləri Rusiya - Ukrayna müharibəsi barədə elə danışırlar ki, guya bu, bizim müharibəmizdir. Halbuki Aİ bu münaqişədə açıq şəkildə Ukraynanın tərəfində dayanır. Aİ-nin növbəti yeddi illik büdcəsinin təxminən 25 faizi Ukraynaya ayrılacaq, baxmayaraq ki, Ukrayna Aİ-nın üzvü deyil",- Viktor Orban qeyd edib.