BAKI, 15 oktyabr. TELEQRAF
Yaponiyada yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə 21 oktyabrda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayasi məlumat veri.
Hakim Liberal Demokrat Partiya (LDP) hazırda seçkilərə hazırlığın son mərhələsindədir və yeni seçilmiş sədri Sanae Takaiti baş nazir vəzifəsinə namizəd kimi irəli sürəcək. Takaiti seçiləcəyi halda o, Yaponiyanın tarixində bu vəzifəni tutan ilk qadın olacaq.
Məlumata görə, müxalifət partiyaları da birgə namizəd üzərində razılığa gəlmək üçün fəal danışıqlar aparır. Əgər bu razılaşma baş tutarsa, onlar hakimiyyətin 2012-ci ildən bəri LDP-nin əlində olduğu siyasi balansı dəyişə bilərlər.
Qeyd olunur ki, LDP-nin mövqeləri son aylarda ciddi zəifləyib. “Komeyto” partiyasının koalisiyadan çıxmasından sonra hakim blok parlamentdə çoxluğu itirib. Bu, seçkilərin nəticəsini daha da qeyri-müəyyən edib.