BAKI, 15 oktyabr. TELEQRAF

Finlandiyada işsizlik səviyyəsi 2022-ci ilin yazından bəri 6%-dən 10%-ə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Beləliklə, ölkədə işsizlik Avropa İttifaqı üzrə orta göstəricidən iki dəfə çoxdur. Hazırda bu baxımdan Finlandiyanı Aİ-də yalnız İspaniya qabaqlayır.

Ekspertlər artımın əsas səbəbi kimi enerji daşıyıcılarının qiymətindəki kəskin bahalaşmanı və nəticədə iqtisadi artımın zəifləməsini göstərirlər. Bundan başqa, sosial yardım və digər sahələrə ayrılan vəsaitlərin müdafiə sektoruna yönəldilməsi də istehsal sahələrinə dəstəyi azaldıb.