BAKI, 8 oktyabr. TELEQRAF
Almaniyanın paytaxtı Berlin şəhərində polis Fələstinə dəstək məqsədilə Aleksandr meydanında planlanan aksiyanı dayandırıb.
Teleqraf xəbər verir ki, qadağa baxmayaraq bir qrup insan meydanda toplaşıb.
Polis onları uzaqlaşdırıb, lakin yüzlərlə iştirakçı Neptunbrunnen meydanında aksiya keçirməyə davam edib.
Aksiya zamanı iştirakçılar “Əllərinizdə qan var” şüarını səsləndiriblər və İsrail əleyhinə plakatlar qaldırıblar. Polis icazəsiz aksiya keçirən iştirakçıları meydandan uzaqlaşdırmağa çağırıb.
Meydanda qalan şəxslər polis tərəfindən saxlanılıb. Bildirilir ki, polis sərt müdaxilə göstərib. Toplanma zamanı çoxsaylı polis əməkdaşları və TOMA hazır vəziyyətdə olub.