BAKI, 7 oktyabr. TELEQRAF

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası INSA institutunun apardığı sorğuda tarixində ilk dəfə olaraq birinci yerə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 26,5 faizi AfD-yə səs verməyə hazırdır. Ənənəvi Xristian Demokrat və Xristian Sosial İttifaqları 24,5 faiz səslə ikinci yerdə qərarlaşıb. Sosial Demokrat Partiyası (SPD) 14,5 faiz, “Yaşıllar” partiyası 11 faiz, Sol partiya isə 11,5 faiz dəstək toplayıb.

INSA rəhbəri Herman Binkert bildirib ki, “almanların əksəriyyəti hazırkı “qara-qırmızı koalisiyanın” ölkədə iqtisadi vəziyyəti yaxşılaşdıra biləcəyinə inanmır”.

Sorğu 2–6 oktyabr tarixlərində 2010 respondent arasında aparılıb.