BAKI, 6 oktyabr. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini yalnız ləngidir, lakin bu, geri dönməz bir prosesdir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxofla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü xalqımızın seçimidir və bu qərar dəyişməzdir:
"Macar xalqı öz hökumətinin mövqeyindən asılı olmayaraq Ukraynanı dəstəkləyir. Ukrayna Aİ-də olacaq Orbanla da, onsuz da. Çünki bu, Ukrayna xalqının seçimidir. Ukrayna təkcə öz azadlığı üçün deyil, Avropanın azadlığı uğrunda da mübarizə aparır".