TOKİO, 4 oktyabr. /TELEQRAF/.

Bu gün Yaponiya Hakim Liberal-Demokrat Partiyası (LDP) yeni sədr seçir.

Teleqraf xəbər verir ki, seçilən şəxs ölkənin növbəti baş naziri olacaq.

Sədrlik uğrunda beş namizəd - Sanao Takaici, Şinjiro Koidzuşi, Yoşimasa Hayasi, Takayuki Kobayasi və Toşimitsu Motegi mübarizə aparır. Analitiklər əsas mübarizənin Takaici və Koidzuşi arasında olacağını bildirir.

Sədr LDP-nin 295 deputatı və partiyanın 915 574 üzvünün səsverməsi ilə seçiləcək. Proqnozlara görə, birinci turda kifayət qədər səs toplanmaya bilər və ikinci tur qaçılmazdır.

Yeni sədrlik həmçinin baş nazirin dəyişməsi ilə nəticələnək. Hazırki baş nazir Siqeru İsiba istefa verəcək, yeni nazir parlamentdə seçiləcək. LDP parlamentdə azlıq hökuməti quracaq və müxalifətlə razılaşmalar tələb olunacaq.