BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Teleqraf xəbər verir ki, səhər saat 08:00-da ölkə üzrə 3 061 seçki məntəqəsi açılıb.

Onlardan 2 284-ü elektron, 777-si isə ənənəvi qaydada fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir.

64 bələdiyyə şurasının 2 058 üzvü və 64 merin seçiləcəyi seçki prosesini 28 beynəlxalq və 27 yerli müşahidə təşkilatı izləyəcək. Həmçinin 73 media qurumu minə yaxın nümayəndə ilə prosesi işıqlandıracaq.

Səsvermə saat 20:00-da başa çatacaq.