BAKI, 4 oktyabr. TELEQRAF

Zaporoje AES-də 10 gün davam edən xarici enerji kəsilməsinin nüvə təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib

O qeyd edib ki, stansiyanın dizel generatorları işlək vəziyyətdədir və yanacaq ehtiyatı mövcuddur. Lakin vəziyyət misilsizdir və dərhal həllini tələb edir. Qrossi hər iki tərəfi vəziyyətin daha da pisləşməməsi üçün zəruri tədbirlər görməyə çağırıb.