BAKI, 26 sentyabr. TELEQRAF
Rusiya lideri Vladimir Putin insanları heç bir səbəb olmadan öldürür, eyni zamanda bu ölkənin iqtisadiyyatı cəhənnəmə yuvarlanır.
Teleqraf xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib.
“Onlar hər şeyi riskə atıblar. Onların iqtisadiyyatı cəhənnəmə yuvarlanır. Onlar hər şeyi bombalayırlar və çox az ərazi ələ keçirirlər, əgər ümumiyyətlə ələ keçirirlərsə. Əslində, onlar nəzarət etdikləri ərazinin bir hissəsini itirirlər. Bu müharibə bitməlidir. Əgər bu bizim müharibəmiz olsaydı, biz onu bir həftə ərzində bitirərdik", - dövlət başçısı brifinq zamanı vurğulayıb.