BAKI, 25 sentyabr. TELEQRAF

Bəzi Avropa ölkələrinin Rusiya enerji daşıyıcılarına asılılığı münaqişəni davam etdirir və Avropa İttifaqının (Aİ) birliyinə təsir göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

Diplomat deyib ki, ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrini Rusiyadan neft və qaz alımlarına görə tənqid etməsi düzgün yanaşmadır:

"Aİ üzv ölkələri Rusiya enerji daşıyıcılarından tam imtina etməlidir".