BAKI, 24 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şaraa ilə görüşüb.

Teleqraf xəbər verir ki, danışıqlarda Suriya XİN rəhbəri Esad Şeybani və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib.

Görüşdə regional məsələlər və iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirə edildiyi bildirilir.