BAKI, 22 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 19-cu sanksiya paketi ABŞ ilə razılaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro TF1 telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfədir ki, genişmiqyaslı sanksiya paketi ABŞ ilə razılaşdırılır:

"Yeni sanksiya paketinin yaxın vaxtlarda qəbul edilməsi gözlənilir".