BAKI, 17 sentyabr. TELEQRAF

Dünyada geosiyasi gərginlik artır, sosial problemlər dərinləşir və nüvə münaqişəsi riski son onilliklərin ən yüksək səviyyəsinə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu şəraitdə qarşılıqlı etimadı gücləndirmək və dialoqu inkişaf etdirmək üçün əsas rol diplomatiyaya məxsusdur.

Prezident həmçinin dini liderləri xalqlar və mədəniyyətlər arasında etimadı möhkəmləndirməyə çağırıb: "Onlar siyasətçilərə sağlam düşüncə və mənəvi məsuliyyəti xatırlatmalıdırlar".

Dövlət başçısı əlavə edib ki, Qazaxıstan milli və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində böyük təcrübəyə malikdir.