BAKI, 13 sentyabr. TELEQRAF

Nepal hökuməti bu gün səhər saatlarından ölkədə bir həftədir tətbiq olunan komendant saatını və kütləvi tədbirlərə qoyulan qadağanı aradan qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Himalayan Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 9-dan etibarən Nepal ordusu məhdudiyyətlərlə bağlı mütəmadi xəbərdarlıqlar edirdi. Lakin bu gün nə ordudan, nə də yerli hakimiyyətdən yeni elan verilməyib.

Qeyd edilir ki, paytaxt Katmanduda gündəlik həyat tədricən normallaşmağa başlayıb, ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Eyni zamanda oxşar qadağalar ölkənin digər bölgələrində də götürülüb.