BAKI, 9 sentyabr. TELEQRAF
Nepalda etirazçılar ölkənin qərbindəki Dxanqadxi şəhərində həbsxanaya hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumdan sonra yüzlərlə məhbus qaçıb.
***
17:00
Nepal Prezidentinin Ofisi kütləvi etirazlar fonunda dövlət başçısının istefa verdiyi barədə yayılan məlumatları rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Lakin etirazçılar bəyanat yayaraq ölkənin artıq onların nəzarəti altında olduğunu açıqlayıb, yeni hökumətin formalaşdırılmasını və seçkilərin keçirilməsini tələb ediblər.
Etirazçıların müraciətində digər iştirakçılar sakitliyə və ictimai əmlaka ziyan vurmaqdan çəkinməyə çağırılıb.
Qeyd edilir ki, Baş nazir Khadqa Prasad Şarma Olinin istefasından sonra ölkədə yeni siyasi həll yoluna imkan yaranıb.
***
16:23
Nepal Prezidenti Ramçandra Paudel ölkədəki kütləvi etirazlar fonunda istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
O, 2023-cü ilin martından Nepalın Prezidenti olub.
Qeyd edək ki, bundan öncə Nepalın Baş naziri Khadqa Prasad Şarma Oli də istefa vermişdi.