BAKI, 8 sentyabr. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyətdən narazıyam.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Orada baş verənlərdən məmnun deyiləm. Düşünürəm ki, bu tənzimlənəcək. Əminəm ki, biz bunu edəcəyik", - ABŞ lideri söyləyib.