BAKI, 5 sentyabr. TELEQRAF
Avropa İttifaqı nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kosta Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz sanksiyalarla Rusiyaya təzyiqi artırmaq üçün ABŞ və digər partnyorlarımızla işləyirik. Brüsseldə sanksiyalar paketi üzərində iş başlayır. Bizim Avropa komandamız amerikalı dostlarımızla işləmək üçün Vaşinqtona gedir”, - deyə o bildirib.