BAKI, 5 sentyabr. TELEQRAF
Rusiyanın Ryazan şəhərində partlayışlar və yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən məlumat yayıblar.
Şəhərdə hava hücumundan müdafiə sisteminin işlədiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, sentyabrın 5-nə keçən gecə saat 01:15 radələrində şəhərin cənub hissəsində bir neçə güclü partlayış səsi eşidilib. Bundan sonra şahidlər səmada parlaq işartı və qatı qara tüstü müşahidə ediblər.