BAKI, 2 sentyabr. TELEQRAF
Pekində Çin, Rusiya və Monqolustan liderlərinin yeddinci üçtərəfli sammiti işinə başlayıb.
Teleqraf xəbər verir ki, görüş Tiananmen meydanında yerləşən Xalq Məclisi Evində keçirilir.
Zirvə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Monqolustan dövlət başçısı Uxnaaqiyn Xurelsux iştirak edirlər.