BAKI, 21 avqust. TELEQRAF

Bu gün ABŞ Dövlət katibi Marko Rubio Avropa ölkələri və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” qəzeti məlumat yayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubionun bu görüşdə həmkarları ilə Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyi gözlənilir.

Vaşinqton tərəfindən belə zəmanətlərə Avropada həyata keçirilən əməliyyatlara hava dəstəyi və ya kəşfiyyat fəaliyyətində yardım vədi daxil ola bilər. Bundan əlavə, Ukraynada missiyaları dəstəkləmək üçün ABŞ qüvvələrinin Qara dənizdə yerləşdirilməsi də nəzərdən keçirilə bilər.