BAKI, 21 avqust. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüslərini dəstəkləməyi planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

İddia olunur ki, avropalı liderlərin məqsədi danışıqlar zamanı baş verə biləcək hər hansı uğursuzluğu Rusiyanın üzərinə qoymaqdır.

Nəşr vurğulayır ki, avropalı siyasətçilər Rusiyanın Ukrayna münaqişəsini başa çatdırmaq niyyətinin səmimiliyinə inanmırlar. Buna görə də onlar Trampa güzəştə getmək və onun təşəbbüslərini tərifləmək strategiyasına sadiq qalırlar. Onlar güman edirlər ki, bir müddət sonra ABŞ Prezidenti Rusiya ilə bağlı fərqli nəticəyə gələcək və Moskvaya qarşı daha sərt mövqe tutmağın zəruri olduğunu anlayacaq.