BAKI, 20 avqust. TELEQRAF

Ukraynanın NATO-ya daxil olması nüvə müharibəsi riskləri yaradacaq.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

Rusiyalı deputat bildirib: "Ukrayna NATO-ya daxil olan kimi bütün yaxın mənzilli raketlər Rusiya ilə sərhəddə yerləşəcək. Moskvaya uçuş vaxtı bir neçə dəqiqə olacaq. Aydındır ki, bu, Rusiyanın bütün müdafiə strategiyasını dəyişir. Belə olarsa, Avropa üçün təhlükə yaranacaq. Rusiya Ukrayna ilə sərhəddə nüvə silahı yerləşdirəcək, özünü müdafiə edəcək. İstənilən belə addımlar nüvə müharibəsinə səbəb olacaq”.