BAKI, 20 avqust. TELEQRAF
ABŞ Atlantik okeanından yaxınlaşan “Erin” qasırğasına hazırlaşdığı bir vaxtda Şimali Karolina ştatının Hatteras adasının sakinləri üçün məcburi təxliyə əmri verilib.
Teleqraf xəbər verir ki, adada güclü daşqın xəbərdarlığı olunub. Hatteras adasının da daxil olduğu Dare bölgəsində fövqəladə vəziyyət elan edilib.
Küləyin sürəti saatda 165 kilometrə çatan və gücü 2-ci kateqoriyaya malik “Erin” qasırğasının quruya çatması gözlənilmir. Bununla belə, şiddətli tufan, təhlükəli dalğalar və sahil daşqınlarının olacağı proqnozlaşdırılır.