BAKI, 16 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Alyaskadakı sammitdən qayıdarkən Çukotkaya səfər edib və bölgənin qubernatoru Vladislav Kuznetsovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Putin qubernatora: "Necəsiniz, söhbətə nədən başlamaq istəyirsiniz?" - deyə müraciət edib.

Qeyd edək ki, bu, Vladimir Putinin Çukotkaya ikinci səfəridir. O, ilk dəfə 2024-cü ilin yanvarında bölgəyə gəlmişdi.