BAKI, 1 avqust. TELEQRAF

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Qeyd edilir ki, hücum nəticəsində 156 isə nəfər xəsarət alıb.

***

09:20

İyulun 31-də Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 156 nəfər xəsarət alıb, 27 nəfər isə həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

O qeyd edib ki, ölənlər arasında 3 uşaq da var.

****

BAKI, 31 iyul. TELEQRAF

22:53

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

14-ü uşaq olmaqla 145 nəfərin yaralandığı qeyd olunur.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

***

17:53

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 135 nəfər xəsarət alıb, 11 nəfər isə həlak olub.

Teleqraf xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

O qeyd edib ki, həlak olanlardan biri uşaqdır.

***

17:29

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 135 nəfər xəsarət alıb, 9 nəfər isə həlak olub.

Teleqraf xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

***

16:01

Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 135 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

O bildirib ki, yaralılar lazımi tibbi yardım alır və xilasetmə işləri davam edir.

Qeyd edək ki, xəsarət alanlar arasında 12 azyaşlı da var.

***

14:54

Kiyevdə Rusiya ordusunun gecə hücumu nəticəsində 124 nəfər xəsarət alıb, 8 nəfər isə həlak olub.

Teleqraf xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

O bildirib ki, yaralılar lazımi tibbi yardım alır və xilasetmə işləri davam edir.

***

13:20

Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 88 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

O bildirib ki, 46 nəfər xəstəxanaya yerləşdirilib və xəsarət alanlar arasında 10 azyaşlı da var.

***

08:23

İyulun 31-nə keçən gecə Rusiya ordusunun Kiyevə hücumu zamanı azı 1 nəfər ölüb, 43 sakin xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, yaralılardan 26-sı paytaxtın tibb müəssisələrinə yerləşdirilib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, meyiti dağıntılar altından çıxarılıb.

Xəsarət alanlar arasında polis əməkdaşları, uşaqlar və qadınlar da var. Dağıntılar altından iki yaralı xilas edilib.

***

05:29

İyulun 31-nə keçən gecə Rusiya ordusu pilotsuz uçan təyyarələrlə Kiyevə yenidən hücum edib.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxtda partlayış səsləri eşidilib, dağıntılar və xəsarət alanlar var.

Çoxmərtəbəli binalardan birinin həyətində bir neçə avtomobil külə dönüb. Kiyevdəki ali təhsil müəssisələrindən birinə də zərbələr endirilib.

Məlumata görə, Kiyevdə ən azı 8 nəfər xəsarət alıb. Yaralananlar arasında qadınlar və uşaqlar da var.