BAKI, 24 iyul. TELEQRAF

Suriyanın İdlib vilayətində yerləşən Maarat-Misrin qəsəbəsində baş verən güclü partlayış nəticəsində 5 nəfər həyatını itirib, 116 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sursat anbarında baş verən partlayışın səbəbləri araşdırılır.