BAKI, 16 iyul. TELEQRAF
"Avropa İttifaqı (Aİ) bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləməyi planlaşdırır".
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.
Qeyd edək ki, bu qərarın qəbulu bir ay gecikmişdi, buna səbəb isə Slovakiyanın etirazı olub. Slovakiyanın Rusiyaya meyilli hökuməti, Aİ-nin 2028-ci ilə qədər rus qazından tamamilə imtina etmək qərarından narazı qalıb və əvəzində kompensasiya tələb edir.