BAKI, 15 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava konvensiyasındakı iştirakını müvəqqəti dayandıran qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.

“Ali Radadan daxil olan sənədi dərhal imzaladım, bu sənəd Ottava konvensiyasının Ukrayna üçün fəaliyyətinin dayandırılmasını nəzərdə tutur",- o qeyd edib.